"İmişli" "Şəfa" ilə heç-heçə etdi
Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən “İmişli” və “Şəfa” klubları hazırlıq çərçivəsində üz-üzə gəlib.
Sportline.az xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "İmişli"nin heyətində Azər Salahlı fərqlənib. "Şəfa"nın qolunu isə Elnur Cəfərov vurub.
Qeyd edək ki, Misli Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 11-də "İmişli" "Qarabağ"la, " Şəfa" isə "Turan Tovuz" ilə qarşılaşacaq.