İlham Əliyev federasiya prezidentini təltif etdi
Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizer Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib.
Sportline.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Ladislau-Marius Vizer Azərbaycanda və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə təltif olunub.
Sərəncam oktyabrın 3-də imzalanıb.
