“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə

Bu gün Azərbaycan 2-ci liqasında 6-cı tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

"Qaradağ Lökbatan" "Zəngəzur"la, "Şəki" "Şəmkir"lə, "Kür-Araz" isə "Ağstafa Gəncləri" ilə qarşılaşıb.

3 oktyabr (şənbə)

15:00. “Qaradağ Lökbatan” – “Zəngəzur” - 4:0 

Qollar: Ə. Əlizadə, 6, 21, 87, R. Orucov, 79
Qırmızı vərəqə: T.Qurbatov, 89 ("Zəngəzur")
Hakimlər: Sənan Bayramzadə, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva
Lökbatan OİK stadionu

15:00. “Şəki” – “Şəmkir” - 0:5

Qollar: E. Abdullayev, 24, 38, 66, R. Allahverdiyev, 68, Ü. Sərıyev, 75
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Nurlan Əhmədzadə, Rauf Salamov
Zaqatala OİK stadionu

15:30. “Kür-Araz” – “Ağstafa Gəncləri” - 2:4

Qollar: B. Əliyev, 57, 59 - C. İmamverdiyev, 52, 65, E. Qasımov, 73, E. Namazov, 87
Hakimlər: Mehdi Yusifov, Ruslan Babayev, Cavid Ömərov, İlqar Əhmədov
Saatlı OİK stadionu

4 oktyabr (bazar)

15:00. “Haypers” – “Marafon”

15:00. “Ağdaş” – “Dinamo”

15:00. “Şirvan” – “Difai”