“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
UEFA Millətlər Liqasının B Liqasının üçüncü turu çərçivəsində Bosniya və Herseqovina yığması öz meydanında İsveçi qəbul edib.
Sportline.az xəbər verir ki, matç heç-heçə yekunlaşıb.
Bosniya və Herseqovina - İsveç - 1:1
Qollar: Gyökereş, 61 (0:1), Alajbeqocviç, 80 (1:1)
Bosniya və Herseqovina yığmasına dəvət alan “Qarabağ”ın qapıçısı Martin Zlomişliç bu görüşün iştirakçısı olmayıb. O, əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 3 turdan sonra Bosniya və Herseqovina yığması 5 xalla qrupda ikinci yerdədir.