Avroliqa: 1/8 finalın ilk iştirakçısı müəyyənləşdi
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşləri start götürüb.
SportLine.az xəbər verir ki, bu gün bir oyun keçirilib. İsveçrənin "Sion" klubu Portuqaliyada "Braqa"nın qonağı olub.
Səfərdə 2:1 hesablı qələbə qazanan Portuqaliya klubu doğma meydanda üstünlüyünü qoruyub.
24 fevral 2016
Avropa Liqası, 1/16 final (Cavab oyunu)
"Braqa" - "Sion" - 2:2 (Ümumi hesab - 4:3)
QOLLAR: Gekas, 6 (0:1); Xosue 27/p. (1:1); Gekas, 29 (1:2); Stoyilkoviç, 48 (2:2)