Avroliqa: "Liverpul" "Borussiya"ya rəqib oldu

UEFA Avropa Liqasında 1/4 finalın püşkü atılıb. SportLine.az püşkün nəticələrini diqqətinizə çatdırır:

“Braqa” – “Şaxtyor”
“Vilyareal” – “Sparta” (Praqa)
“Atletik” (Bilbao) – “Sevilya”
“Borussiya” (Dortmund) – “Liverpul”

***

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında keçiriləcək tədbirdə 8 komanda rəqibini tanıyacaq. 

Yarışda mübarizəni bu komandalar davam etdirir:

"Şaxtyor" (Donetsk, Ukrayna), "Braqa" (Portuqaliya), "Liverpul" (İngiltərə), "Sevilya" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Vilyareal" (İspaniya), "Sparta" (Çexiya) və "Atletik" (Bilbao, İspaniya).

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə 16:00-da başlayacaq. Avropa Liqasında 1/4 finalın ilk oyunları aprelin 7-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.