"Ayaks" qalib gəldi

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir oyun keçiriləcək. "Ayaks" doğma meydanda "Lion"la qarşılaşacaq.

"Beşiktaş" səddini penaltilərlə adlayan "Lion" və "Şalke" ilə dueldə əlavə vaxtda sevinən "Ayaks"ın qarşıdurması maraqla gözlənilir. Hər iki komanda turnirin qalibi olmaq barədə düşünür. 

Amsterdamdakı oyunda Fransa təmsilçisini heç-heçə qane etsə də, Hollandiya klubu yalnız qələbə barədə düşünəcək.


03 may 2017
Avropa Liqası, yarımfinal


“Ayaks” - “Lion” - 4:1
QOLLAR:
Traore, 25 (1:0); Dolberq, 34 (2:0); Amin Yunis, 49 (3:0); Valbuena, 66 (3:1); Traore, 71 (4:1)