Avroliqa: "Beşiktaş"ın futbolçusu ən yaxşı seçildi
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən onlayn səsvermədə "Beşiktaş"ın futbolçusu - Anderson Taliska ən yaxşı adına layiq görülüb. O, səslərin 53 faizini toplayıb.