Avroliqa: "Fənər" mübarizəni dayandırdı

UEFA Avropa Liqasında 1/8 final mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, bütün cavab görüşləri eyni gündə keçirilib.

Türkiyə təmsilçisi "Fənərbaxça" "Braqa"nın qonağı olub. Hakimin mübahisəli qərarları ilə yadda qalan oyunda meydan sahibləri 4:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəliblər.

İlk matçda "Bazel"in müqavimətini qıra bilməyən "Sevilya" doğma meydanda istəyini reallaşdırıb. 

İngilis duelində "Liverpul"un, ispan duelində isə "Atletik"in üzü gülüb.

17 mart 2016
Avropa Liqası, 1/8 final (Cavab oyunları)


“Bayer” (Almaniya) – “Vilyareal” (İspaniya) - 0:0
İlk oyun 0:2

“Latsio” (İtaliya) – “Sparta” (Çexiya) - 0:3
Qollar: 
Dokal, 10, Kreyçi, 12, Yulius, 44
İlk oyun 1:1

“Valensiya” (İspaniya) – “Atletik” (İspaniya) - 2:1
Qollar: 
Mina, 12, Aderlan, 37 - Aduriz, 76
İlk oyun 0:1

“Anderlext” (Belçika) – “Şaxtyor” (Ukrayna) - 0:1
Qol: 
Alves da Silva, 90+3
İlk oyun 1:3

“Braqa” (Portuqaliya) – “Fənərbaxça” (Türkiyə) - 4:1
Qollar: Ahmet Hasan, 12, Josue, 69, Stoyilkoviç, 74, Silva 83 - Alper, 45+1
Qırmızı vərəqələr: Mehmet Topal, 67, Alper, 87, Volkan Şen, 90+7

İlk oyun 0:1

“Mançester Yunayted” (İngiltərə) – “Liverpul” (İngiltərə) - 1:1
Qollar: Martial, 31 - Koutinyo, 45

İlk oyun 0:2

“Sevilya” (İspaniya) – “Bazel” (İsveçrə) - 3:0
Qollar: Rami, 35, Qameyro, 44, 45

İlk oyun 0:0

“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 1:2
Qollar: Son, 74 - Obameyanq, 24, 71

İlk oyun 0:3