Avroliqa: "Fənərbaxça" qələbə qazandı

Bu gün UEFA Avropa Liqasında fasilə başa çatıb. SportLine.az xəbər verir ki, yarışın 1/16 final mərhələsinə bir görüşlə start verilib.

Yeganə qarşılaşma İstanbulda keçirilib. "Fənərbaxça" "Lokomotiv"i qəbul edib. 

"Sarı bülbüllər"in tam üstünlüyü ilə keçən matçda İstanbul təmsilçisi qələbə qazanıb.

16 fevral 2016
Avropa Liqası, 1/16 final


"Fənərbaxça" - "Lokomotiv" - 2:0
QOLLAR:
Souza, 18; 72