Avroliqa: Hansı klub, hansı səbətdə
Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. SportLine.az xəbər verir ki, artıq 1/16 final mərhələsində iştirak edəcək komandaların adları bəllidir. 32 komandanın 24-ü qrup mərhələsində ilk iki yeri tutan, 8-i isə Çempionlar Liqasında mübarizəni dayandıranlardır.
İştirakına davam edən komandalar dekabrın 14-ü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq püşkatma mərasimində rəqiblərini tanıyacaqlar. UEFA-nın Nyondakı mənzil qərargahında baş tutacaq tədbirdən əvvəl səbətlər müəyyənləşib:
Səpələnmişlər: "Bayer (Almaniya), "Mançester Yunayted" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Porto" (Portuqaliya), "Atletik" (İspaniya), "Bazel" (İsveçrə), "Braqa" (Portuqaliya), "Krasnodar" (Rusiya), "Latsio" (İtaliya), "Liverpul" (İngiltərə), "Lokomotiv" (Rusiya), "Mölde" (Norveç), "Napoli" (İtaliya), "Rapid" (Vyana, Avstriya), "Tottenhem" (İngiltərə), "Şalke" (Almaniya)
Səpələnməmişlər: "Valensiya" (İspaniya), "Qalatasaray" (Türkiyə), "Sevilya" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Anderlext" (Belçika), "Auqsburq" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya), "Vilyarreal" (İspaniya), "Marsel" (Fransa), "Midtyullann" (Danimarka), "Sent-Etyen" (Fransa), "Sparta" (Praqa, Çexiya), "Sportinq" (Portuqaliya), "Syon" (İsveçrə), "Fənərbağça" (Türkiyə), "Fiorentina" (İtaliya)
Qeyd edək ki, 1/16 final mərasiminin oyunları 2016-cı il fevralın 18-də və 25-də keçiriləcək.