Avroliqa: "Neftçi", "Qəbələ" və "Kəpəz"in rəqibləri müəyyənləşdi

Avropa Liqasında mübarizə aparacaq komandalarımızın rəqibləri də məlumdur. SportLine.az xəbər verir ki, bu gün Nyonda atılan püşkün nəticələrinə əsasən “Neftçi” Maltanın “Baltsan”, “Qəbələ” Gürcüstanın “Samtrediya”, “Kəpəz” isə Moldovanın “Daçiya” komandası ilə qarşılaşacaq. İlk oyunlar iyunun 30-da, cavab qarşılaşmaları iyulun 7-də keçiriləcək.