Avropa çempionatı: Azərbaycanın idman gimnastı finala yüksəlib
Azərbaycanın idman gimnastı Nikita Simonov Nikita Simonov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportline.az xəbər verir ki, 26 yaşlı idmançı təsnifat mərhələsində halqalar ilə hərəkətlərdə hakimlərdən 14,600 xal alıb.
Simonov bu göstərici ilə 5-ci yeri tutaraq, finala vəsiqə əldə edib.
Qeyd edək ki, Nikita Simonov ötən gün başa çatan V İslam Həmrəyliyi Oyunlarında halqalar ilə hərəkətlərdə gümüş medal qazanıb.