Avropa çempionatı: 2 güləşçimiz bürünc medal qazandı

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

SportLine.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub. 

Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) hərəyə bir görüş, Eltun Vəzirzadə (82 kq) isə 2 görüşü qələbə ilə başa vursa da, 1/4 finalda məğlub olub. Rəqiblərin finala yüksəlməsi ilə güləşçilərimiz təsəlliverici görüşlərə qatılıb. Hər üç güləşçimiz təsəlliverici görüşləri qələbə ilə tamamlayaraq bürünc medal görüşünə haqq qazanıb. 

Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) həlledici görüşdə qələbə qazanaraq çempionatın bürünc medalına sahib olub. 

60 kq 
Bürünc medal görüşü - Murad Məmmədov - Teodor Huratau (ROU) 8:3
Təsəlliverici görüş - Avqustin Spasov (BUL) - Murad Məmmədov 0:9
1/4 final - Kerem Kamal (TUR) - Murad Məmmədov 5:2
1/8 final - Mikkel Lassen (DEN) - Murad Məmmədov 4:12

67 kq 
Bürünc medal görüşü - Kərim Cəfərov - Roman Pacurkovski (POL) 2:4
Təsəlliverici görüş - İqnzaio Sanfilippo (İTA) - Kərim Cəfərov 0:8
1/4 final - Alen Mirzoian (RUS) - Kərim Cəfərov 11:4
1/8 final - Levani Kavjaradze (GEO) - Kərim Cəfərov 3:8

72 kq 
Təsəlliverici görüş - Ülvi Qənizadə - Narek Oganian (RUS) 2:3
1/8 final - Ramaz Zoidze (GEO) - Ülvi Qənizadə 4:1

82 kq 
Bürünc medal görüşü - Eltun Vəzirzadə - David Losonczi (HUN) 8:0
Təsəlliverici görüş - Stanislau Şafarenka (BLR) - Eltun Vəzirzadə 2:8
1/4 final - Vaag Margarian (RUS) - Eltun Vəzirzadə 5:1
1/8 final - Nicu Ojog (ROU) - Eltun Vəzirzadə 3:9
1/16 final - Pyotr Duk (POL) - Eltun Vəzirzadə 6:8

97 kq
1/8 final - Orxan Nuriyev - Arvi Savolainen (FİN) 1:4

Azərbaycan Güləş Federasiyasının məlumatı