Avropa çempionatına yollanacaq sərbəst güləşçilər məlumdur
2-7 may 2017-ci il tarixdə Serbiyanın Novı Sad şəhərində keçiriləcək güləş üzrə Avropa çempionatına hazırlıq davam edir. Sportline.az AGF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə seçmə komandamız mübarizə aparacaq. Sərbəst güləş üzrə komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim -məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də qatılıb
İtaliya seçmə komandasının üzvü Rio Olimpiadasının bürünc medalçısı, Dünya və Avropa çempionu Frank Çamizo da Avropa çempionatına Bakıda hazırlaşır.
Bu gün keçirilən məşqdən sonra seçmə komandanın baş məşqçisi Firdovsi Umudov Avropa çempionatına yollanacaq heyəti elan edib. Məşqçilər Arif Abdullayevlə Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çempionatda ölkəmizi təmsil edəcək.
















