Avropa çempionu komandası ilə vidalaşdı

İtaliya millisinin üzvü Canluici Donnarumma “Milan” klubu ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçu bununla bağlı “instagram” hesabında paylaşım edib. Donnarumma “Milan”la müddəti bitən müqaviləsini yeniləməyib.

İtalyan futbolçunun yaxın zamanda Fransanın PSJ klubu ilə rəsmi sözləşmə imzalayacağı gözlənilir.

Donnarumma “Milan” klubunun yetirməsidir.

Qapıçı İtaliya millisi ilə AÇ-2020-nin qalibi olub. O, həm də turnirin ən yaxşı futbolçusu mükafatını qazanıb.