Futbolçular avtobus qəzasında həlak oldular
Argentinanın “Sikles Klub Lavalye” həvəskar futbol komandasının üzvlərini də daşıyan avtobus Boliviyada qəzaya uğrayıb. SportLine.az "Əl Cəzirə"yə istinadən xəbər verir ki, 100 metr hündürlükdən yarğana yuvarlanan nəqliyyat vasitəsində 30-dan çox sərnişin olub.
Hadisə nəticəsində 13 nəfərin öldüyü bildirilir. Onlardan 4-ü futbolçudur. Daha iki futbolçunun ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilib. Qəzada, ümumilikdə, 20 nəfərin xəsarət aldığı yazılıb.