“Ayaks” - “Ayntraxt”: Düşərgələrdəki son durum
UEFA Avropa Liqasında bu gün 1/8 final mərhələsinin ilk matçları keçiriləcək.
Sportline.az xəbər verir ki, “Ayaks” “Yohan Krouyf” arenada “Ayntraxt”la münasibətləri aydınlaşdıracaq.
Niderland təmsilçisində itkilərin sayı kifayət qədərdir. Yosip Şutalo, Oven Vayndal, Youri Reger, Van Aksel Dongen, Kristian Rasmussen, Vout Veghorst zədə, Davi Klaassen isə cəza səbəbindən iştirak edə bilməyəcək.
“Ayntraxt”da isə Erik Ebimbe, Timoti Çandler və İqor Matanoviç baş məşqçi Dino Toppmöllerin sərəncamında olmayacaq.
Start fiti gecə yarısı saat 12-də səslənəcək oyunu italiyalı Simone Manza idarə edəcək.