“Ayaks”ın yanvar planı

Bu mövsüm uğursuz nəticələrlə azarkeşlərini məyus edən “Ayaks” yanvar ayında heyəti gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, əsas hədəf “Börnli”nin sol cinah müdafiəçisi Kuilindsi Hartmandır.

Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Qeyd edək ki, Niderland millisinin üzvünün dəyəri “Transfermarkt” portalına görə, 18 milyon avrodur.