“Ayntraxt” “Nyukasl”a elçi düşüb
"Nyukasl Yunayted"in danimarkalı futbolçusu Villiam Osula karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Almaniya klubu bu keçid üçün qarşı tərəfə 10 milyon avro ödəməyə hazırdır.
22 yaşlı forvardın "Nyukasl Yunayted"lə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Osula cari mövsüm çıxış etdiyi 9 matçda 3 qol, 1 asistlə yadda qalıb.