"Ayntraxt"da ayrılıq gözlənilir
"Ayntraxt"ın almaniyalı futbolçusu Nataniel Broun gələn ilin yayında komandasını dəyişə bilər.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Arsenal", "Mançester Siti" və "Real Madrid" 22 yaşlı sol cinah müdafiəçisi ilə yaxından maraqlanır.
N.Brounun transfer qiyməti 30 milyon avrodur. O, cari mövsüm meydana çıxdığı 8 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.