Azərbaycan Albaniyaya qalib gəlib

Azərbaycanın tennis komandası Moldovada təşkil olunan “Billie Jean King Cup” beynəlxalq turnirində Albaniyaya qalib gəlib.

Sportline.az xəbər verir ki, ilk olaraq Lalə Eyvazova Guli Anaterzanı 2:1 hesabı ilə məğlub edib.

Növbəti qarşılaşmada isə Mişel Cahangirova Dule Kristaldan güclü olub - 2:0. Albaniyalılar qoşa mübarizədən imtina etdiklərinə görə, millimiz 3:0 hesablı qələbə qazanıb.