Beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb

Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə "Crocus Fitness Sea Breeze" beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb.

Qurumun mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, Rikkardo Sinikropi - Stiv Pyernikola Strakuadaini (İtaliya) cütlüyü çempion olub.

Ukraynalılar - Artyom Avdiyev və Boqdan Levçuk gümüş medal qazanıb. İlk "üçlüy"ü isə israilli Aleksandr Qluşko və Alon Fayman tamamlayıb.

Mükafatları Azərbaycan Tennis və Padel Federasiyasının vitse-prezidenti Mehman Qocayev, icraçı direktor Səbirə Abdullayeva və baş məşqçi Yalçın Manaflı təqdim ediblər.

Qeyd edək ki, beynəlxalq yarışda Azərbaycanla yanaşı, İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail və Qazaxıstandan olan idmançılar mübarizə aparıblar. Ümumilikdə 30 padelçi medallar uğrunda yarışıb.