Məşhur idmançı milyarder oldu
2022-ci ildə karyerasını başa vuran isveçrəli tennis əfsanəsi Rocer Federer rəsmən dünyanın ən varlı idmançıları siyahısına qoşulub.
Sportline.az verir ki, "Forbes" jurnalınına istinadən xəbər verir ki, onun sərvəti 1,1 milyard dollar (təxminən 940 milyon avro) qiymətləndirilir.
Kortda 24 il ərzində Federer 20 Böyük Dəbilqə titulları da daxil olmaqla 103 turnir qazanıb və 310 həftəni dünya reytinqində bir nömrədə keçirib.
Eyni zamanda o, 130 milyon dollardan çox pul mükafatı qazanıb - onun qazancı əsas rəqibləri Novak Cokoviç və Rafael Nadaldan bir qədər az olub