Cokoviçdən yeni rekord
Serbiyalı tennisçi Novak Cokoviç Böyük Dəbilqə turnirlərində beş setlik oyunların sayına görə rekord müəyyənləşdirib.
Sportline.az xəbər verir ki, rekord Uimbldonun 1/4 finalında kanadalı Feliks Oje-Alyassimlə qarşılaşma zamanı qeydə alınıb.
Bu, Cokoviçin Böyük Dəbilqə turnirlərində qalibin beşinci setdə müəyyənləşdiyi 50-ci görüşü olub. Bununla o, bu göstəricidə Stan Vavrinkanı geridə qoyaraq yeganə rekordçuya çevrilib.