Novak Cokoviç növbəti mərhələdə

Novak Cokoviç "Böyük dəbilqə" seriyalı "Uimbldon" turnirində növbəti mərhələyə adlayıb.

Sportline.az xəbər verir ki, serbiyalı tennisçi 3-cü turda həmyerlisi Miomir Kesmanoviçlə qarşılaşıb.

1 saat 46 dəqiqə davam edən görüş Cokoviçin 3-0 hesablı qələbəsi ilə başa çatıb. 6-3, 6-0, 6-4.

Novak növbəti mərhələdə avstraliyalı Aleks de Minorla üz-üzə gələcək.