Uimbldon: Alkaras yarımfinalda
Dünyanın iki nömrəli tennisçisi Karlos Alkaraz mövsümün üçüncü “Böyük dəbilqə”seriyalı turniri olan Uimbldonda yarımfinala yüksəlib.
Sportline.az xəbər verir ki, ispaniyalı tennisçi İngiltərənin paytaxtı Londonda keçirilən yarışın 9-cu günündə britaniyalı Kemeron Norri üz-üzə gəlib.
Etimadı layiqincə doğruldan gənc istedad rəqibini bütün setlərdə üstələyib. 6-2, 6-3, 6-3.
Karlos Alkaras finala çıxış uğrunda görüşdə Teylor Fritslə üz-üzə gələcək.