Azərbaycan - Almaniya matçına biletlər tükənməkdədir

Martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya matçı üçün biletlər tükənməkdədir. Sportline.az AFFA-ya istinadən xəbər verir ki, sözügedən görüş üçün son 3000 bilet sahibini gözləyir. Xatırladaq ki. biletləri 28 Mall Ticarət Mərkəzi, Park Bulvar Ticarət Mərkəzi, Bakcell Sahil Müştəri Xidmətləri, Bakcell Arena və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və onlayn www.tickets.affa.az saytından əldə etmək olar.

Banner