Azərbaycan - Almaniya matçına nə qədər bilet satılıb?

Dünya çempionatının təsnifat mərhələsinin Azərbaycan - Almaniya matçında anşlaq gözlənilir. Sportline.az xəbər verir ki, bu günədək təxminən 21 mindən çox  bilet sahibini tapıb. Satış isə, öz axarı ilə davam edir. Xatırladaq ki, martın 26-da , saat 20-də başlanacaq görüşün keçiriləcəyi Tofiq Bəhramov adına stadion 31 min 200 azarkeş tutur.