Azərbaycan çempionatı bərpa olunur

Kişi voleybolçular arasında koronavirus səbəbindən dayandırılan Azərbaycan Yüksək Liqa və I Liqa yarışları bərpa olunur.

Sportline.az  Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi saytına istinadən xəbər verir ki,  təxirə salınan oyunlar martın 13-dən keçiriləcək.

Lakin əvvəlki turlardan fərqli, qarşılaşmalar azarkeşsiz təşkil olunacaq.

AVF-nin digər qərarına əsasən, qadın voleybolçular arasında Super Liqa, həmçinin I Liqanın oyunları martın 27-də bərpa olunacaq.

Azərbaycan çempionatı

Yüksək Liqa, kişilər

13 mart

15:00. MOİK – “Neftçi”

Dərnəgül Voleybol Mərkəzi

17:00. “Murov” – “Sərhədçi”

Dərnəgül Voleybol Mərkəzi

17 mart

15:00. “Neftçi” – “Xilasedici”

Dərnəgül Voleybol Mərkəzi

17:00. “Murov” – “Exspress”

Dərnəgül Voleybol Mərkəzi

18 mart

16:00. “Azərreyl” – “Sərhədçi”

Dərnəgül Voleybol Mərkəzi

27 mart

14:00. “Murov” – “Xilasedici”

Dərnəgül Voleybol Mərkəzi

16:00. “Neftçi” – “Sərhədçi”

Dərnəgül Voleybol Mərkəzi

Qeyd edək ki, koronavirus xəstəliyinə yoluxma

hallarının artmasının qarşısının alınması səbəbindən martın 4-10-da keçirilməli olan bütün matçlar təxirə salınıb.