Azərbaycan çempionatı: Sərbəst güləşçilərin mübarizəsində qaliblər bəlli olub
Sərbəst güləşi üzrə Azərbaycan çempionatında qaliblər bəlli olub.
Sportline.az xəbər verir ki, yarışın növbəti günündə 57, 65, 74, 86 və 97 kq çəkilərdə qaliblər müəyyənləşib.
İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq) və Qadjimurad Maqomedsaidov (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, dekbarın 25-də yunan-Roma güləşçilərinin mübarizələrinə yekun vurulub.