Azərbaycan çempionatında yarımfinalın ilk oyunları keçirilib
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinalın ilk oyunları keçirilib.
Sportline.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərova qalib gəlib.
Teymur Rəcəbov isə Rauf Məmmədovla heç-heçəyə razılaşıb.
Azərbaycan çempionatı
Yarımfinal mərhələsi
Kişilər
Şəhriyar Məmmədyarov - Misrətdin İskəndərov 1:0
Rauf Məmmədov - Teymur Rəcəbov 0,5:0,5
Qadınlar
Günay Məmmədzadə - Gülnar Məmmədova 0:1
Ülviyyə Fətəliyeva - Gövhər Beydullayeva 0,5:0,5
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.