Azərbaycan çempionunun oyun cədvəli

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində yarışacaq “Araz”ın yer aldığı 6-cı qrupun oyunlarının təqvimi açıqlanıb. Sportline.az xəbər verir ki, bu qrupun oyunların oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək.

Komandamız ilk görüşdə “Uraqan İvano – Frankivsk” (Ukrayna) klubu ilə üz-üzə gələcək.

Ertəsi gün “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu, sonda “Liqeni” (Kosovo) ilə münasibətləri aydınlaşdıracaq.

Oyunları Ukraynada keçiriləcək qrupun qalibi elit-raunda vəsiqə qazanacaq.