Azərbaycan cüdoçuları Düşənbə Qran-pri turnirində iştirak edəcəklər
2-4 iyunda Tacikistanın paytaxtı Düşənbə şəhərində cüdo üzrə Qran Pri turniri keçiriləcək.
Sportline.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün davam edəcək turnirdə 40 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın ilə təmsil olunacaq.
Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.
Kişilər
-60 kq.
Turan Bayramov
Rövşən Əliyev
-66 kq.
Yaşar Nəcəfov
Ruslan Paşayev
-73 kq.
İbrahim Əliyev
Nurlan Osmanov
-90 kq.
Vüqar Talıbov
Elcan Hacıyev
+100 kq.
Camal Qamzatxanov
Qadınlar
-48 kq.
Leyla Əliyeva
Könül Əliyeva
-52 kq.
Gültac Məmmədəliyeva
İdmançılarımıza uğurlar arzulayırıq!