Azərbaycan Dünya çempionatında mübarizəyə başlayır
Futzal üzrə Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, tarixində ilk dəfə Mundiala vəsiqə qazanan Azərbaycan bu gün birinci görüşünü keçirəcək. Rəqib Mərakeş seçməsi olacaq.
Kolumbiyadakı mundial çərçivəsində bu gecə baş tutacaq matçı Anqoladan Joze Katemo idarə edəcək. Portuqaliyalı Eduardo Fernandes ikinci, türkiyəli Kamil Çətin üçüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Mərakeş görüşü bu gecə saat 03:00-da başlayacaq.
13 sentyabr 2016
Futzal, Dünya çempionatı
"F" qrupu, 1-ci tur
03:00. Mərakeş - Azərbaycan