Azərbaycan əsilli kikboksçu idman şortlarını Ukrayna Ordusu üçün auksiona çıxarıb
Azərbaycan əsilli Ukrayna kikboksçusu Orfan Sənanzadə öz idman şortlarını auksiona çıxarıb.
Sportline.az xəbər verir ki, idmançı 2017-ci ildə Polşanın Vrotslav şəhərində keçirilmiş X Ümumdünya Oyunlarında geyindiyi qırmızı və mavi şortlarına ilkin qiymət olaraq 500 qriven (23 manat) qiymət qoyub. Auksionun vaxtı avqustun 1-də başa çatacaq.
Artıq şortlar üçün 3 min qriven (139 manat) vermək istəyən alıcı var.