Azərbaycan seçməsi Norveçə aman vermədi
Bu gün Bakıda qadın voleybolçular arasında Dünya çempionatının təsnifat mərhələsinin görüşləri start götürüb. SportLine.az xəbər verir ki, Azərbaycanla yanaşı, İsrail, Ukrayna, Hollandiya, Norveç və Danimarka kollektivləri də Mundiala vəsiqə uğrunda mübarizə aparır.
İlk görüşdə Faiq Qarayevin komandası Norveçlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan voleybolçularının qələbəsi ilə yekunlaşıb.
30 may 2017
VOLEYBOL, qadınlar
DÇ, təsnifat mərhələsi
1-ci tur
Azərbaycan - Norveç - 3:0 (25:15, 25:10, 25:6)
Hakimlər: Sabine Vitt (Almaniya), Roberto Boris (İtaliya)
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova.
20:00. İsrail - Ukrayna
Hakimlər: Bruno Muho (Xorvatiya), Saşa Stanişiç (İsveçrə)
Danimarka – Hollandiya - 0:3 (12:25, 13:25, 9:25)
Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Miklişiç (Sloveniya)