Azərbaycan - Kosovo oyununa necə baxaq?
UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində bu gün keçiriləcək Azərbaycan - Kosovo matçını futbolsevərlər televiziya vasitəsilə canlı izləyə biləcəklər. SportLine.az xəbər verir ki, saat 20:00-da başlanacaq matçı CBC Sport telekanalı canlı yayımlayacaq.
Qeyd edək ki, görüş Bakı Olimpiya Stadionunda təşkil olunacaq.