Azərbaycan kuboku: 1/4 finalın oyun cədvəli

Futzal üzrə Azərbaycan kubokunun ¼ final mərhələsinin oyun cədvəli bəlli olub.

Sportline.az xəbər verir ki, qarşılaşmalar aprelin 30-da Bakı İdman Sarayında keçiriləcək.

Yüksək Lqanın lideri "Araz" EKOL-la üz-üzə gələcək. "Neftçi" isə "Obolon"un müqavimətini qırmağa çalışacaq.                          

Saat 15:30 "Neftçi" – "Obolon"

Saat 17:30 "Araz" – EKOL

Saat 19:30 "Xəzər Cənub" – "Təbriz"

Saat 21:30 "Baku Fire" - "Advokat"