Azərbaycan kuboku: 1/4 finalın oyunlarının vaxtı açıqlandı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb. SportLine.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə keçiriləcək.

Dekabrın 13-də baş tutacaq matçlara Qəbələdə start veriləcək. Ardınca paytaxtdakı 3 oyun keçiriləcək.

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

13 dekabr (çərşənbə axşamı)

15:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu
 

17:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu


17:00. “İnter”  - “Kəpəz”
“İnter Arena”
 

18:00. “Qarabağ” – “Sumqayıt”
“Azərsun Arena”

Qeyd edək ki, bu mərhələnin cavab oyunları dekabrın 21-də reallaşacaq. 

Banner