Azərbaycan Kuboku: Cavab oyunlarının vaxtı açıqlandı
Futbol üzrə Azərbaycan kuboku turnirinin yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı açıqlanıb. SportLine.az PFL-in saytına istinadən xəbər verir ki, aprelin 5-ə təyin olunan görüşlər bu saatlarda başlanacaq.
5 aprel (çərşənbə)
“Qəbələ” – “İnter”
Qəbələ şəhər stadionu, 16:30
“Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30