Azərbaycan kuboku: Oyunların vaxtı bəlli oldu
Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib.
SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, martın 30-da keçiriləcək görüşlər aşağıda qeyd olunan saatlarda başlayacaq.
30 mart (cümə axşamı)
“İnter” – “Qəbələ”
“İnter Arena”, 17:00
“Neftçi” – “Qarabağ”
“Bakcell Arena”, 19:30
Qeyd edək ki, mərhələnin hər iki oyunu “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.