Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha dörd oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha dörd oyunu keçiriləcək.
Sportline.az xəbər verir ki, Premyer Liqa təmsilçilərindən "Şamaxı" II Liqa klubu "Şəmkir"lə üz-üzə gələcək.
Qarşılaşma Şamaxı şəhər stadionunda, saat 14:00-da start götürəcək.
Bundan əlavə, “Mingəçevir” – “Zaqatala”, “Qaradağ Lökbatan” – “Karvan” və “Şəfa” – “Difai” matçları baş tutacaq.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
30 oktyabr
14:00. “Şamaxı” – “Şəmkir”
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
14:00. “Mingəçevir” – “Zaqatala”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
14:00. “Qaradağ Lökbatan” – “Karvan”
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
15:00. “Şəfa” – “Difai”
Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“ASK Arena”
Qeyd edək ki, raundun əvvəlki oyunlarında "Turan Tovuz" "Hyoers Guba"nı (7:2), MOİK "Şimal"ı (3:1), "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" isə "Dinamo"nu (6:0) məğlub edib.