Azərbaycan Kubokunun iki oyunu canlı yayımlanacaq

Azərbaycan kubokunun 1/8 final mərhələsinin iki oyunu canlı yayımlanacaq.

SportLine.az xəbər verir ki, “Qaradağ Lökbatan” – “Sumqayıt” və “Şüvəlan” – “Keşlə” görüşləri “CBC Sport” telekanalı vasitəsi birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, Lökbatan Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 13:30-da, “AZAL Arena”dakı görüş isə 17:00-da başlanacaq.