Azərbaycan millisi Avstriyadan güclü oldu

Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Avstriya seçməsi olub.

Görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15).

Qeyd edək ki, görüş 3:0 hesabı ilə seçməmizin xeyrinə yekunlaşandan sonra tərəflər daha iki set oynamağa razılaşıblar.