Enzo "Çelsi"dən gedir
"Çelsi"nin futbolçusu Enzo Fernandez karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops məlumat yayıb.
"Şəhərlilər" bu keçid üçün qarşı tərəfə 140 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, E.Fernandezin London klubu ilə sözləşməsi 2032-ci ilin iyun ayına qədərdir.