Azərbaycan millisi ikinci oldu
17 yaşadək qızlardan ibarət Azərbaycan seçməsi Monteneqronun Podqoritsa şəhərində təşkil olunan UEFA İnkişaf turnirində ikinci yeri tutub. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, son oyunda Qazaxıstan komandası ilə qarşılaşan milli komanda 2:0 hesabı ilə qələbə qazanıb.
Komandamızın heyətində hər iki qola Lamiyə Qurbanova imza atıb.
Qeyd edək ki, Azərbaycan futbolçuları turnirin ilk oyununda Bosniya və Herseqovina komandasına 1:3 hesabı ilə məğlub olub, növbəti qarşılaşmada isə Monteneqro millisinə penaltilər seriyasında qalib gəlib.