Azərbaycan millisi uduzdu
Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf Turnirində 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması son oyununu keçirib. SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, futbolçularımız finlandiyalı həmyaşıdları ilə qarşılaşıb.
Görüş finlandların 5:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, turnirin ilk matçında yığmamız Maltaya 1:2 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Estoniyaya qalib gəlmişdi – 4:1.