Azərbaycan millisindən böyük hesablı qələbə
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyada təşkil olunan UEFA İnkişaf Turnirində növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, millimiz ikinci matçında meydan sahibləri ilə qarşılaşıb.
Qızlarımız bu matçda 4:1 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, millimiz turnirdəki ilk matçında Maltaya 1:2 hesabıyla uduzmuşdu.