Azərbaycan millisi yenə qalib gəldi

Bu gün “Dalğa Arena”da qadınlardan ibarət Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
 
SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Merve Özdemirin dubl etdiyi görüşdə hərəyə bir dəfə Aysun Əliyeva (penalti) və Vüsalə Seyfətdinova fərqlənib. Qazaxıstan millisinin qollarını Begaim Kırqızbayeva (penalti) və Bibigül Nuruşova vurub.

Bu komandalar arasında iyulun 26-da keçirilmiş yoldaşlıq oyunu da millimizin minimalhesablı qələbəsi ilə yekunlaşmışdı - 1:0.